Braziliya - İsveçrə matçının ən yaxşısı

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən Braziliya - İsveçrə matçının ən yaxşı oyunçusu müəyyənləşib. Qarşılaşmanın ən yaxşısı Braziliya yığmasının yarımmüdafiəçisi Filippe Koutinyo seçilib.

Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, Braziliya yığması bu oyunda 1:1 hesablı heç-heçəyə razılaşıb. Komandasının yeganə qolunu da məhz “Barselona”da çıxış edən Koutinyo vurub.