İngiltərə və Belçika DÇ-də ilk sınağına çıxır

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı davam edir. Bu gün F və G qruplarında yer alan komandaların iştirakçı ilə daha 3 oyun keçiriləcək.


Günün ilk oyunu İsveç və Cənubi Koreya yığmaları arasında baş tutacaq.


Daha sonra Belçika yığması mundialın debütantı Panama ilə münasibətlərinə aydınlıq gətirəcək.


Günün son matçında isə İngiltərə yığması Tunislə qarşılaşacaq.


DÇ-2018
18 iyun


F qrupu


16:00. İsveç - Cənubi Koreya
Baş hakim: Joel Aqilar (Salvador).
Nijni Novqorod. “Nijni Novqorod” stadionu.


G qrupu


19:00. Belçika - Panama
Baş hakim: Canni Sikazve (Zambiya).
Soçi. “Fişt” stadionu.


22:00. Tunis - İngiltərə
Hakimlər: Vilmar Roldan (Kolumbiya).
Volqoqrad. “Volqoqrad Arena”.