DÇ-də ilk tura yekun vurulur

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı davam edir. Bu gün DÇ-2018-də qrup mərhələsinin ilk turunda son iki oyun baş tutacaq.


Belə ki, öncə H qrupu çərçivəsində Kolumbiya və Yaponiya yığmaları üz-üzə gələcək. 


Daha sonra bu qrupun digər komandaları - Polşa və Seneqal yığmaları qarşılaşacaq.


Günün son matçında mundiala ev sahibliyi edən Rusiya yığması Misirlə münasibətlərinə aydınlıq gətirəcək. Bu oyunla həm də qrup mərhələsində 2-ci tura start veriləcək.


DÇ-2018
19 iyun


H qrupu


16:00. Kolumbiya - Yaponiya
Baş hakim: Damir Skomin (Sloveniya).
Saransk. “Mordoviya Arena”.


19:00. Polşa - Seneqal
Baş hakim: Navaf Şukralla (Bəhreyn).
Moskva. “Spartak” stadionu.


A qrupu


22:00. Rusiya - Misir
Baş hakim: Enrike Kaseres (Paraqvay).
Sankt-Peterburq. “Sankt-Peterburq Arena”.