DÇ-2018: Daha 3 oyunun hakim təyinatları bəlli oldu

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 7-ci oyun gününün hakim təyinatları açıqlanıb. Sizi həmin təyinatlarla tanış edirik: 


DÇ-2018
20 iyun


16:00. Portuqaliya - Mərakeş
Hakimlər: Mark Qeyger (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Sergey Karasyov (Rusiya).


19:00. Uruqvay - Səudiyyə Ərəbistanı
Hakimlər: Kleman Turpen, Nikolas Danos, Kiril Qrinqor (hamısı Fransa), Con Pitti (Panama).


22:00. İran - İspaniya
Hakimlər: Andres Kunya, Nicolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay), Xulio Baskunyan (Çili).