Kolumbiya - Yaponiya matçının ən yaxşısı

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində  keçirilən Kolumbiya - Yaponiya matçının ən yaxşı oyunçusu müəyyənləşib. Qarşılaşmanın ən yaxşısı Yaponiya yığmasının hücumçusu Yuya Osako seçilib.

Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.


Qeyd edək ki, Yaponiya yığması bu oyunda 2:1 hesabıyla qalib gəlib. Komandasına qələbə qazandıran ikinci qolu da məhz Almaniyanın “Verder” klubunda çıxış edən Osako vurub.