Nyanq ən yaxşı seçildi

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində keçirilən Polşa - Seneqal matçının ən yaxşı oyunçusu müəyyənləşib. Qarşılaşmanın ən yaxşısı Seneqal yığmasının hücumçusu Mbaye Nyanq seçilib.

Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.


Qeyd edək ki, Seneqal yığması bu oyunda 2:1 hesabıyla qalib gəlib. Komandasına qələbə qazandıran ikinci qolu da məhz İtaliyanın “Milan” klubunun forvardı vurub.