DÇ-2018: 8-ci oyun gününün hakimləri

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 8-ci oyun gününün hakim təyinatları açıqlanıb. Sizi həmin təyinatlarla tanış edirik: 


DÇ-2018
20 iyun


16:00. Danimarka - Avstraliya
Hakimlər: Mateu Antonio Migel Laos, Pau Sebryan Devis, Roberto Dias Per Del Palomar (hamısı İspaniya), Bamlak Veyesa Tessema (Efiopiya).


19:00. Fransa - Peru
Hakimlər: Məhəmməd Abdulla Məhəmməd, Məhəmməd Əlhammadi, Hasan Əlmahri (hamısı BƏƏ), Canni Sikazve (Zambiya).


22:00. Argentina - Xorvatiya
Hakimlər: Ravşan İrmatov, Abduxamidullo Rəsulov, Cahongir Saidov (hamısı Özbəkistan), Bertrand Brial (Yeni Kaledoniya).