"Zirə"növbəti yoxlama görüşünü keçirəcək

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama görüşünü keçirəcək.

 

Olimpsport.az xəbər verir ki, ilk yoxlama görüşündə "Qazintep BB" klubuna 1:0 hesabı ilə qalib gələn  "qartallar" bu dəfə  PTT I Liqasında çıxış edən "Göztəpə" klubu ilə üz-üzə gələcək.

 

Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.