DÇ-2018-lə vidalaşan ilk komanda bəlli oldu

Rusiyada təşkil olunmuş dünya çempionatını tərk edən ilk komanda müəyyənləşib.  Mərakeş millisinin qrupda keçirəcəyi son matçın nəticəsindən asılı olmayaraq, qrupda qalması dəqiqləşib.


İlk turda İrana 0:1 hesabıyla uduzan Mərakeş millisi bu gün də Portuqaliyaya oxşar hesabla məğlub oldu. Bu isə o deməkdi ki, son turda İspaniya üzərində istənilən hesabla qələbə qazansa belə, sözügedən kollektiv DÇ-2018-in 1/8 finalına vəsiqə əldə edə bilməyəcək.


Qeyd edək ki, bu qrupda hazırda Portuqaliya yığması 4 xalla birinci pillədə qərarlaşıb. 3 xala malik İran ikinci, 1 xalı olan İspaniya isə üçüncüdü. Nəinki xal toplaya, qol da vura bilməyən mərakeşlilər isə sonuncu pillədə qərarlaşıblar.