Daha bir futbolçu yığmadakı karyerasını başa vurdu

Olimpsport.az-ın məlumatına görə, Almaniya millisinin yarımmüdafiəçisi Bastian Şvaynştayger "tvitter" sosial şəbəkəsindəki səhifəsində yığmadakı karyerasını başa vurması haqqında paylaşım edib.


"Almaniya millisinin əziz azarkeşləri. Mən baş məşqçi Yoahim Lövdən məni daha yığmaya çağırmamasını xahiş etdim. Çünki yığmadakı karyeramı başa vurmaq istədim. Azarkeşlərə, komandaya, Almaniya Futbol Federasiyasına və məşqçilər korpusuna təşəkkür edirəm".

Qeyd edək ki, 2004-cü ildən Almaniya millisində oynayan Şvaynştayger keçirdiyi 120 oyunda 24 qol vurub.