“Neftçi” fanatlarından nümunəvi addım

Klub futbolumuzda uğurlar artmaqla yanaşı, bəlalı bir problem də yaranıb: avrokuboklardakı püşkatmadan sonra əksər klubların fanatları rəqib komandanın “facebook” səhifəsinə daxil olaraq təhqirdolu şərhlər yazırlar. Bu baxımdan “Neftçi” fanatları nümunəvi addımla seçiliblər. 

 

Klubun aparıcı fanat səhifələrindən biri azarkeşlərə müraciət ünvanlayıb:

 

“Dostlar, biz azərbaycanlıyıq, öz mentalitetimiz var. Sizdən xahiş edirik ki, rəqibimizin rəsmi səhifələrinə daxil olub onları təhqir etməyək. Gəlin hörmətlə, mədəniyyətlə rəqiblərimizə nümunə olaq. Axı, biz Flaqmanıq! Gəlin flaqmanlığımızı mədəniyyətimizlə göstərək”.

 

Ümidvarıq ki, digər avrokubok iştirakçılarımızın fanatları da buna bənzər addım atacaq və ölkə adına mənfi imic gətirən əməllərdən əl çəkəcəklər.