"Neftçi"nin vitse-prezidenti məktəbliləri mükafatlandırdı

"Neftçi” klubunun "Neftçili Yay Futbol Düşərgəsi”ndə 2-ci qrupa yekun vurulub.  AFFA-nın, Təhsil Nazirliyinin, "Məktəblinin dostu” layihəsinin və "ASAN Könüllüləri” təşkilatının dəstəyi ilə məktəblilər arasında keçirilən tədbirdə səhər proqramından sonra mükafatlandırma mərasimi baş tutub.

 

Uşaqlara sertifikatları və hədiyyələri "Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov təqdim edib.

 

Qeyd edək ki, sabah "Neftçili Yay Futbol Düşərgəsi”ndə 3-cü qrupa start veriləcək.