Daha bir futbolçu DÇ ilə erkən vidalaşdı

Daha bir futbolçu Rusiyada təşkil olunmuş dünya çempionatı ilə erkən vidalaşmaq məcburiyyətində qalıb. Söhbət Avstraliya yığmasının hücumçusu Endryu Nabbutdan gedir.

O, ötən gün Danimarka ilə oyunda aldığı zədə səbəbindən bir daha mundialda meydana çıxa bilməyəcək.


Bunu sözügedən komandanın baş məşqçisi Bert van Marveyk açıqlayıb.


Xatırladaq ki, Nabbut 1:1 hesabıyla başa çatan Danimarka ilə qarşılaşmanın ikinci hissəsində zədələnmişdi. Müayinələrdən sonra futbolçunun zədəsinin ciddi olduğu müəyyənləşib.