Futbolçular Sampaolinin qovulmasını tələb edir

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında Argentina millisinin uğursuz çıxışı baş məşqçi Xorxe Sampaolinin istefasını gündəmə gətirib.  Argentina Futbol Federasiyası onu qovsa, ciddi ziyana düşəcək.

Belə ki, müqaviləyə əsasən Sampaoli vaxtından əvvəl baş məşqçi postundan göndərilsə, ona 17 milyon avro təzminat ödənilməlidi. Onun federasiya ilə 2022-ci ilə qədər müqaviləsi var.


Mətbuatda yayılan xəbərlərə görə, futbolçular Sampaolinin dərhal qovulmasını istəyir və federasiya rəhbəliyi bu qərar barədə ciddi götür-qoy edir. Komandanı Nigeriya ilə görüşə 1986-cı ildə Argentina ilə dünya çempionu olan Xorxe Burruçaqa çıxara bilər.