Koutinyo yenə ən yaxşı seçildi
Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən Braziliya - Kosta Rika matçının ən yaxşı oyunçusu müəyyənləşib. Qarşılaşmanın ən yaxşısı Braziliya yığmasının yarımmüdafiəçisi Filippe Koutinyo seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Braziliya yığması bu oyunda 2:0 hesabıyla qalib gəlib. Komandasının ilk qolunu da məhz “Barselona”da top qovan Koutinyo vurub.
Xatırladaq ki, Koutinyo ilk turda İsveçrə ilə oyunda da (1:1) matçın ən yaxşısı seçilmişdi.