"Qarabağ" qiymətləri dəyişmədi

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında avqustun 2-si Respublika stadionunda Çexiyanın "Viktoriya Plzen" klubunu qəbul edəcək.

Olimpsport.az xəbər verir ki, qarşılaşmanın biletləri iyulun 30-u saat 12:00-dan etibarən Respublika stadionunun kassalarında satışa çıxacaq.

Sektorlar üzrə biletlərin qiyməti ötən oyunda olduğu kimidir.

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN

11-13 və 16-18 nömrəli sektorlar - 5AZN

VİP (14-15 sektorlar) - 30 AZN

Xatırladaq ki, tərəflər arasında ilk matç 0:0 hesabı ilə başa çatmışdı.