Qələbə qolunu vurdu, ən yaxşı seçildi
Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən Serbiya - İsveçrə matçının ən yaxşı oyunçusu müəyyənləşib. Qarşılaşmanın ən yaxşısı İsveçrə yığmasının hücumçusu Cerdan Şakiri seçilib.
Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, İsveçrə yığması bu oyunda 2:1 hesabıyla qalib gəlib. Komandasının qələbə qolunu məhz “Stok Siti” klubunda top qovan Şakiri vurub.