Salah Çeçenistanın fəxri vətəndaşı oldu - FOTO

Futbol üzrə Misir yığmasının hücumçusu Məhəmməd Salaha Çeçenistanın fəxri vətəndaşlığı verilib. Bu barədə qərarı Çeçenistan prezidenti Ramzan Kadırov qəbul edib. Bununla bağlı sərəncam imzalayan Kadırov “instaqram” səhifəsində belə yazıb:
 

“Məhəmməd Salah Çeçenistanın fəxri vətəndaşıdı. Bu, belədi! Böyük futbolçunun təltif edilməsi ilə bağlı bu gecə sərəncam imzaladım.


Təntənəli şam yeməyi mərasimində Salaha sərəncamın surətini və döş nişanını təqdim etdim. O, bu təltifə layiqdi.


Məhəmməd Salah böyük diqqətə, komandaya göstərilən qayğıya görə təşəkkürünü bildirdi. Mən əminəm ki, bizim klubumuz “Axmat”la Misir yığması nə vaxtsa Qroznıda yoldaşlıq görüşü keçirəcəklər”.