DÇ-2018: II tura yekun vurulur

Rusiyadakı futbol üzrə dünya çempionatında bu gün II turun son 3 oyunu keçiriləcək. 
 
Əvvəlcə G qrupunda İngiltərə və Panama yığmaları arasında görüş olacaq. Bu qrupda II turun ilk matçında Belçika Tunisi 5:2 hesabı ilə yenərək, xallarını 6-ya çatdırıb. İngiltərə də görüşdən qələbə ilə ayrılsa, xallarını 6-ya çatdıracaq. Bu halda 1/8 finala Avropa təmsilçiləri yüksələcəklər. 
 
Daha sonra nəzərlər H qrupuna yönələcək. Qrupda turun ilk matçında Yaponiya və Seneqal milliləri üz-üzə gələcək. Hər iki komanda birinci turda qələbə qazanıb. Yaponiya Kolumbiyanı, Seneqal Polşanı 2:1 hesabı ilə yenib. Günün son matçında Polşa ilə Kolumbiya heç-heçə etsələr, qaliblərin duelində üstün tərəf 1/8 finala yüksələcək. 
 
DÇ-2018
24 iyun
II tur
G qrupu
16:00. İngiltərə - Panama
Hakimlər: Gehad Qrişa (Misir), Reduan Aşik (Mərakeş), Valid Ahmed (Sudan), Norbert Hauata (Taiti), Bertran Brial (Yeni Kaledoniya)
Nijni Novqorod, "Nijni Novqorod" stadionu
 
H qrupu
19:00. Yaponiya - Seneqal 
Hakimlər: Canluka Rokki, Elenito di Liberatore, Mauro Tonolini (hamısı İtaliya), Abdulrahman əl-Cassim, Taleb əl-Marri (hər ikisi Qətər)  
Yekaterinburq, "Yekaterinburq Arena"
 
22:00. Polşa - Kolumbiya
Hakimlər: Sezar Ramos, Marvin Torrentera, Migel Ernandes (hamısı Meksika), Xulio Baskunyan, Kristian Şimann (hər ikisi Çili)