Het-trik etdi, ikinci dəfə ən yaxşı seçildi

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən İngiltərə - Panama matçının ən yaxşı oyunçusu müəyyənləşib.Qarşılaşmanın ən yaxşısı İngiltərə yığmasının hücumçusu Harri Keyn seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.


Qeyd edək ki, İngiltərə yığması bu oyunda 6:1 hesabıyla qalib gəlib. Komandasının vurduğu qollardan üçün müəllifi də məhz “Tottenhem”in forvardı olub.


Xatırladaq ki, Keyn qrup mərhələsinin ilk turunda Tunisə qalib gəldikləri oyunda da (2:1) dubla imza ataraq matçın ən yaxşısı seçilmişdi.


Keyn bu het-trik sayəsində mundialda ən çox qol vuran Kristiano Ronaldo və Romelu Lukakunu (hər ikisi 4 qol) geridə qoyub - 5 qol.