Mane ən yaxşı seçildi

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən Yaponiya - Seneqal matçının ən yaxşı oyunçusu müəyyənləşib. Qarşılaşmanın ən yaxşısı Seneqal yığmasının hücumçusu Sadio Mane seçilib.

Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.


Qeyd edək ki, Seneqal yığması bu oyunda 2:2 hesablı heç-heçəyə razılaşıb. Komandasının ilk qolunu da “Liverpul”da çıxış edən Mane vurub.