Argentinanı növbəti oyuna futbolçular özləri çıxaracaq
Argentina millisində böhran davam edir. Goal.az "Daily Mail"ə istinadən xəbər verir ki, komandanın qrup mərhələsində Nigeriya ilə matç üçün heyətini futbolçular müəyyənləşdirəcək. Bu barədə 1986-cı ilin dünya çempionu Rikardo Custi Argentina Futbol Fedrasiyasının meneceri Xorxe Burruçaqa ilə söhbətdən sonra məlumat verib.
"Bu faktdır, heyəti futbolçular seçəcək. Sampaoli oyun zamanı texniki zonada olmaq istəsə, bu mümkündür. İstəməsə, problem yoxdur" - Custi deyib.(goal.az)