Yay hazırlığlnın səmərəli keçirdiyimizi düşünürəm

"Zirə"nin "Göztəpə" ilə keçirdiyi hazırlıq matçından  sonra Adil Şükürov fikirlərini bildirib:

“Yaxşı komplektləşmiş komandaya qarşı oynadıq. “Göztəpə”nin özünəməxsus oyun üslubu olsa da, biz də öz oyunumuzu diqtə etməyə çalışdıq. Bəzi epizodlarda bu alınırdı. Ancaq yetərli səviyyədə olmadı. Oyunun əvvəlində yaxşı oynadıq. Ancaq qoldan sonra rəqib daha üstün idi. Yay hazırlığlnın səmərəli keçirdiyimizi düşünürəm. Türkiyə toplanışını da yüksək səviyyədə keçirdik. Bununla belə komanda hələ tam hazır deyil. Taktiki cəhətdən işlərimiz çoxdu. Çempionatın gedişində istədiyimiz səviyyəyə çatacağımızı düşünürəm”.

“Zirə” bugün səhər bərpa məşqi ilə Türkiyə toplanışını başa vuracaq. Gecə saatlarında isə komanda vətənə dönəcək.