Argentina da 1/8 finalda!

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı davam edir.  C və D qruplarında yer alan komandaların iştirakı ilə daha 4 oyun baş tutub.


Əvvəlcə C qrupunun qarşılaşmaları keçirilib. 1/8 finala vəsiqəni təmin etmiş Fransa Danimarka ilə oyunda liderliyini qorumağı hədəfləmişdi. Onlara bu yolda heç-heçə də kifayət edirdi. Avstraliya isə xalsız olan Peru ilə görüşüb. Danimarka fransızlarla oyunda məğlub olsaydı, Avstraliyanın qələbə qazanmaqla ikinci pilləni tutmaq şansı da vardı. Lakin Fransa və Danimarka heç-heçəyə razılaşmaqla pley-offa yüksəliblər. Bu oyun həm də DÇ-2018-in qolsuz bitən ilk qarşılaşması olub. Avstraliya isə Peru ilə görüşdə məğlubiyyətlə üzləşib. Nəticədə, Peru mundialla qrup üçüncüsü, Avstraliya isə sonuncu yerlə vidalaşıb.


D qrupunda isə artıq pley-offa vəsiqəni birinci yerlə təmin etmiş Xorvatiya İslandiya ilə qarşılaşıb. Xorvatlar üçün formal xarakter daşıyan bu oyun DÇ-nin debütantı olan islandlar üçün vacib əhəmiyyət daşıyırdı. Amma xorvatlar bu oyunda da qalib gəlməklə, maksimum nəticəyə imza atıblar. 


Nəinki bu qrupun, bütövlükdə, DÇ-nin favoriti hesab olunan, amma ilk iki oyunda gözlənilməz nəticələrə imza atan Argentina yığmasını isə Nigeriya ilə həlledici duel gözləyirdi. Lionel Messi və komanda yoldaşları mundialla erkən vidalaşmamaq üçün mütləq qalib gəlməlidi. Argentinalılar çətinliklə də olsa, bu vəzifənin öhdəsindən gələ biliblər.


DÇ-2018
26 iyun


C qrupu


Danimarka - Fransa 0:0
Baş hakim: Sandro Riççi (Braziliya).
Moskva. “Lujniki” stadionu.


Danimarka: 1. Kasper Şmeyxel, 4. Simon Kyaer (k), 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 10. Kristian Eriksen, 11. Martin Breytveyt, 13. Matias Yorgensen, 14. Henrik Dalsqaard, 17. Yens Larsen, 21. Andreas Kornelius, 23. Pione Sisto.
Ehtiyat oyunçular: 2. Mikael Kron-Deli, 3. Yannik Vesterqaard, 5. Yonas Knudsen, 7. Villiam Kvist, 9. Nikolay Yorgensen, 12. Kasper Dolberq, 15. Viktor Fişer, 16. Yonas Lössl, 18. Lukas Lerager, 19. Lasse Şöne, 22. Frederik Ronnov.
Baş məşqçi: Aqe Hareyde.
Fransa: 16. Stiv Mandanda, 3. Presnel Kimpembe, 4. Rafael Varan (k), 7. Antuan Qrizmann, 8. Tomas Lemar, 9. Olivye Jiru, 11. Usman Dembele, 13. Nqolo Kante, 15. Stiven Nzonzi, 19. Cibril Sidibe, 21. Lukas Ernandes.
Ehtiyat oyunçular: 1. Uqo Loris, 2. Benjamin Pavar, 5. Samuel Umtiti, 6. Pol Poqba, 10. Kilian Mbappe, 12. Korentin Tolisso, 14. Blez Matuidi, 17. Adil Rami, 18. Nabil Fekir, 20. Florian Toven, 22. Benjamin Mendi, 23. Alfonse Areola.
Baş məşqçi: Didye Deşam.


Avstraliya - Peru 0:2
Qol: A.Karrilyo, 18. P.Gerrero, 50.
Baş hakim: Sergey Karasyov (Rusiya).
Soçi. “Fişt” stadionu.


Avstraliya: 1. Metyu Rayan, 5. Mark Milliqan, 7. Metyu Leki, 9. Tomi Yuriç, 10. Robbi Kruse, 13. Aaron Muy, 15. Mile Yedinak (k), 16. Aziz Behiç, 19. Coşua Rizdon, 20. Trent Seynsberi, 23. Tom Roqiç.
Ehtiyat oyunçular: 2. Miloş Degenek, 3. Ceyms Meredit, 4. Tim Keyhill, 6. Mettyu Yurman, 8. Massimo Luonqo, 11. Endryu Nabbut, 12. Bred Cons, 14. Ceymi Maklaren, 17. Daniel Arzani, 18. Denni Vukoviç, 21. Dimitrios Petratos, 22. Cekson İrvin.
Baş məşqçi: Bert Van Marveyk.
Peru: 1. Pedro Qallese, 4. Anderson Santamaria, 6. Migel Trauko, 8. Kristian Kueva, 9. Paolo Gerrero (k), 13. Renato Tapia, 15. Kristian Ramos, 17. Luis Advinkula, 18. Andre Karrilyo, 19. Yoşimar Yotun, 20. Edison Flores.
Ehtiyat oyunçular: 2. Alberto Rodriqes, 3. Aldo Korso, 5. Migel Arauxo, 7. Paolo Hurtado, 11. Raul Ruidiaz, 12. Karlos Kaseda, 14. Endi Polo, 16. Vilder Kartagena, 21. Xose Karvalyo, 22. Nilson Loyola, 23. Pedro Akinyo.
Baş məşqçi: Rikardo Qareka.


Fransa – 7, Danimarka – 5, Peru - 3, Avstraliya – 1.


D qrupu


Nigeriya - Argentina 1:2
Qol: V.Mozes, 51-pen. - L.Messi, 14. M.Roxo, 86.
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Sankt Peterburq. “Sankt Peterburq” stadionu.


Nigeriya: 23. Fransis Uzoho, 2. Brayan İdovu, 4. Vilfred Ndidi, 5. Villiam Ekonq, 6. Leon Baloqun, 7. Ahmed Musa, 8. Oqenekaro Etebo, 10. Con Obi Mikel (k), 11. Viktor Mozes, 14. Keleçi İheanaço, 22. Kennet Omeru.
Ehtiyat oyunçular: 1. İkeçukvu Ezenva, 3. Elderson Eçiejile, 9. Odion İaqlo, 12. Abdullahi Şehu, 13. Simeon Nvankvo, 15. Joel Obi, 16. Daniel Akpeyi, 17. Oqenyi Onazi, 18. Aleks İvobi, 19. Con Oqu, 20. Çidozie Avaziem, 21. Tironne Ebuehi.
Baş məşqçi: Gernot Ror.
Argentina: 12. Franko Armani, 2. Qabriel Merkado, 3. Nikolas Talyafiko, 7. Ever Baneqa, 9. Qonsalo İquayn, 10. Lionel Messi (k), 11. Anxel Di Mariya, 14. Xavyer Maskerano, 15. Enso Peres, 16. Markos Roxo, 17. Nikolas Otamendi.
Ehtiyat oyunçular: 1. Nahuel Quzman, 4. Kristian Ansaldi, 5. Lukas Bilya, 6. Federiko Fasio, 8. Markos Akuna, 13. Maksimiliano Mesa, 18. Eduardo Salvio, 19. Serxio Aquero, 20. Covani Lo Selso, 21. Paulo Dibala, 22. Kristian Pavon, 23. Vilfredo Kabalyero.
Baş məşqçi: Xorxe Sampaoli.


İslandiya - Xorvatiya 1:2
Qol: G.Siqurdsson, 76-pen. - M.Badel, 53. İ.Perişiç, 90.
Baş hakim: Antonio Mateo Lahos (İspaniya).
Rostov. “Rostov Arena”. 


İslandiya: 1. Hannes Halldorsson, 2. Birkir Sevarsson, 5. Sverrir İnqason, 6. Raqnar Siqurdsson, 7. Yohan Qudmundsson, 8. Birkir Byarnason, 10. Gilfi Siqurdsson, 11. Alfred Finnboqason, 17. Aron Gunnarsson (k), 18. Hordur Maqnusson, 20. Emil Halfredsson.
Ehtiyat oyunçular: 3. Samuel Fridyonsson, 4. Albert Qudmundsson, 9. Byorn Siqurdarson, 12. Frederik Şram, 13. Runar Runarsson, 14. Kari Arnason, 15. Holmar Eyyolfsson, 16. Olafur Skulason, 19. Rurik Gislason, 21. Arnor Traustason, 22. Yon Bodvarsson, 23. Ari Skulason.
Baş məşqçi: Heymir Hallqrimsson.
Xorvatiya: 12. Lovre Kaliniç, 4. İvan Perişiç, 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 13. Tin Yedvay, 15. Duye Kaleta-Kar, 19. Milan Badel, 20. Marko Pyaça, 22. Yosip Pivarik.
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 2. Şime Vrsalko, 3. İvan Ştriniç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 11. Marselo Brozoviç, 14. Filip Bradariç, 17. Mario Mandzuçik, 18. Ante Rebiç, 21. Domaqoy Vida, 23. Daniyel Subaşiç.
Baş məşqçi: Zlatko Daliç.


Xorvatiya – 9, Argentina - 4, Nigeriya – 3, İslandiya – 1.