Oni şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib

 Gürcüstanın Oni şəhərində iki qat dünya çempionu, Olimpiya mükafatçısı Giorgi Sxordladzenin adına azyaşlı uşaqlar arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.

Bu ayın 23-24 tarixində baş tutmuş turnirdə ölkəmizin şərəfini "Olimpsport" klubunun idmançıları qoruyub.

6 idmançı ilə təmsil olunan komandamızdan İbrahim Əliyev (26 kq) 1-ci, Nicat Həsənov (32 kq) 2-ci, Hüseyn Süleymanov(48 kq) və Elxan Əliyev (44 kq) 3-cü yeri tutmuşdur.