Maradona özündən getdi
Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində ötən gecə keçirilən Argentina - Nigeriya qarşılaşması gərginliyi ilə yadda qaldı. Meydandakı gərginlik tribunalara da sirayət etmişdi. Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona da olduqca emosional idi. O, oyun boyu Argentinaya çılğınlıqla azarkeşlik etdi.
Qarşılaşmadan sonra isə Maradonanın halı pisləşib. Dieqo stadionu özü tərk edə bilməyib. Demək olar ki, huşunu itirən Maradona stadiondakı həkim məntəqəsinə çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra əfsanəvi futbolçu özünə gəlib. Xarici mətbuatın yazdığına görə, Maradonanın bu hala düşməsinin əsas səbəbi narkotikdən istifadə olub. Narkotikin dozasının artıq olması canlı əfsanənin çətin anlar yaşamasına gətirib çıxarıb. Lakin həkimlərin müdaxiləsindən sonra onun vəziyyətini stabilləşdirmək mümkün olub.
Qeyd edək ki, Argentina Nigeriyaya 2:1 hesabı ilə qalib gələrək, növbəti mərhələyə adlayıb. Maradona isə qəribə hərəkətləri ilə görənləri təəccübləndirib.