Ramil Şeydayev “Trabzonspor”la məşqlərə başladı - FOTOLAR

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubuna qayıdıb. 22 yaşlı hücumçu müqaviləylə məxsus olduğu Trabzon təmsilçisiylə yeni mövsüm üçün ilk məşqində iştirak edib.

 

Klubun bazasında təşkil olunmuş məşq mətbuat üçün açıq olub. Baş məşqçi Ünal Karamanın rəhbərliyi altında keçirilən, ümumilikdə 20 futbolçunun çalışdığı hazırlıq prosesini azarkeşlər də izləyib. Futbolçular öncə azarkeşlərə salam verib və alqışlanıblar.

 

Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirən Şeydayevin Avstriya Bundesliqasında çıxış edən "Mattersburq"a keçəcəyi bildirilir.