DÇ-2018-də ilk baş məşqçi istefası
DÇ-2018-də uğursuz çıxış edən Misir millisinin baş məşqçisi Hektor Kuper postundan ayrılıb. Misir Futbol Federasiyası komandanın mundialda qrupu xalsız başa vurmasından sonra 62 yaşlı mütəxəssislə yolları ayırmağa qərar verib.
Misir yığması Kuperin rəhbərliyi altında dünya çempionatı çərçivəsində çıxdığı hər üç oyunda (Rusiya, Uruqvay, Səudiyyə Ərəbistanı) məğlub olub.
Kuper 2015-ci ildən Misir millisini çalışdırırdı.