"Qarabağ"ın oyunu 8-10 avroya

Sloveniyanın "Olimpiya" klubunun Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la ev oyununa biletlər artıq satışa çıxarılıb. Iyulun 11-də Lyublyanada yerli vaxtla saat 20:00-da (Bakı vaxtilə 22:00-da) keçiriləcək qarşılaşmaya biletləri artıq satışdan əldə etmək olar.

 

Biletlərin qiyməti 8 avrodu. Matç günü isə məbləğ 10 avro olacaq. Biletləri klubun rəsmi saytından onlayn şəkildə, habelə klubun mağazası və "My Cart" mağazalar şəbəkəsindən əldə etmək olar.