DÇ-də qrup mərhələsinə yekun vuruldu
Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir. Mundialın qrup mərhələsinə yekun vurulub. Qrup mərhələsinin son oyun günündə G və H qruplarında yer alan komandaların iştirakı ilə 4 qarşılaşma baş tutub.
Əvvəlcə H qrupunun oyunları keçirilib. Bu qrupda ilk iki oyununda məğlubiyyətlə üzləşən Polşadan başqa hər bir komandanın mərhələ adlamaq şansı qalırdı. Yaponiya məhz Polşa ilə üz-üzə gəlib və məğlubiyyətlə üzləşib. Seneqal isə Kolumbiyanı sınağa çəkib. Bu görüşdə minimal hesabla qalib gələn Kolumbiya yığması qrupda 1-ci yeri tutaraq, pley-offa vəsiqə qazanıb. Digər vəsiqə isə Yaponiyaya qismət olub. Bu komandanın Seneqalla xalları, həta top-fərqi də eyni olub. Amma daha az sarı vərəqə alan yaponlar məhz bu üstünlük sayəsində 1/8 finala çıxıblar.
G qrupunda isə son turun oyunları demək olar ki, formal xarakter daşıyırdı. Əvvəlki oyunlarını qələbə ilə başa vuraraq növbəti mərhələyə vəsiqəni təmin etmiş İngiltərə və Belçika yalnız qrup birinciliyi uğrunda mübarizə aparıblar. Belçika minimal hesabla qalib gələrək, lider olub. Panama və Tunis yığmalarının görüşü isə yalnız mundiala qələbə ilə vida etmək baxımından önəm daşıyırdı. Bu görüşdə isə hesabı Panama açsa da, sonda qələbəni tunislilər bayram ediblər.
DÇ-2018
28 iyun
H qrupu
Yaponiya - Polşa 0:1
Qol: Y.Bednarek, 59.
Baş hakim: Canni Sikazve (Zambiya).
Volqoqrad. “Volqoqrad Arena”.
Yaponiya: 1. Eydzi Kavaşima (k), 5. Yuto Naqatomo, 7. Qaku Şibasaki, 9. Şindzi Okazaki, 11. Takaşi Usami, 13. Yoşinori Muto, 16. Hotaru Yamaquçi, 19. Hiroki Sakai, 20. Tomoaki Makino, 21. Qotoku Sakai, 22. Maya Yoşida.
Ehtiyat oyunçular: 2. Naomiçi Ueda, 3. Gen Şodzi, 4. Keysuke Honda, 6. Vataru Endo, 8. Genki Haraquçi, 10. Şindzi Kaqava, 12. Masaaki Hiqaşiquçi, 14. Takaşi İnui, 15. Yuya Osako, 17. Makoto Hasebe, 18. Ryota Oşima, 23. Kosuke Nakamura.
Baş məşqçi: Akira Nişino.
Polşa: 22. Lukaş Fabianski, 3. Artur Yerdjeyçik, 5. Yan Bednarek, 6. Yatsek Qoralski, 9. Robert Levandovski (k), 10. Qreqor Krixovyak, 11. Kamil Qrositski, 15. Kamil Qlik, 18. Bartoş Berezinki, 19. Pyotr Zelinski, 21. Rafal Kurjava.
Ehtiyat oyunçular: 1. Voyeç Şesnı, 2. Mixal Pazdan, 4. Tyaqo Çionek, 7. Arkadiuş Milik, 8. Karol Linetti, 12. Bartoş Byalkovski, 12. Matsey Ribus, 14. Lukaş Teodorçik, 16. Yakub Blaşikovski, 17. Slavomir Peşko, 20. Lukaş Pişçek, 23. David Kovnaçki.
Baş məşqçi: Adam Navalka.
Seneqal - Kolumbiya 0:1
Qol: Y.Mina, 74.
Baş hakim: Milorad Majiç (Serbiya).
Samara. “Samara Arena”.
Seneqal: 16. Xadim Ndiaye, 3. Kalidu Kulibali, 5. İdrissa Qana Queye, 6. Salif Sane, 8. Şeyxu Kuyate (k), 10. Sadio Mane, 12. Yussuf Sabali, 18. İsmaila Sarr, 19. Mbaye Nyanq, 20. Keyta Balde, 21. Lamine Qassama.
Ehtiyat oyunçular: 1. Abdulaye Diallo, 2. Adama Mbenqe, 4. Kara Mbodji, 7. Mussa Sou, 9. Mame Diuf, 11. Şeyx Ndoye, 13. Alfred Ndiaye, 14. Mussa Konate, 15. Diafra Saxo, 17. Pape Ndiaye, 22. Mussa Vaqe, 23. Alfred Qomis.
Baş məşqçi: Aliu Sisse.
Kolumbiya: 1. David Ospina, 4. Santyaqo Arias, 6. Karlos Sançes, 9. Radamel Falkao (k), 10. Xames Rodriqes, 11. Xuan Kuadrado, 13. Yerri Mina, 15. Mateus Uribe, 17. Yohan Moyiça, 20. Xuan Kintero, 23. Davinson Sançes.
Ehtiyat oyunçular: 2. Kristian Sapata, 3. Oskar Murilyo, 5. Vilmar Barrios, 7. Karlos Bakka, 12. Kamilo Varqas, 14. Luis Muriel, 16. Cefferson Lerma, 18. Fərid Dias, 19. Migel Borxa, 21. Xose İskerdo, 22. Xose Kuadrado.
Baş məşqçi: Xose Pekerman.
Kolumbiya - 7, Yaponiya – 4, Seneqal – 4, Polşa – 3.
G qrupu
İngiltərə - Belçika 0:1
Qol: A.Yanuzay, 51.
Baş hakim: Damir Skomina (Sloveniya).
Kalininqrad. “Kalininqrad” stadionu.
İngiltərə: 1. Cordan Pikford, 3. Denni Rouz, 4. Erik Dayer (k), 5. Con Stounz, 11. Ceymi Vardi, 15. Qari Keyhill, 16. Fil Cons, 17. Fabian Delf, 19. Markus Reşford, 21. Ruben Loftus-Çek, 22. Trent Aleksandr-Arnold.
Ehtiyat oyunçular: 2. Kayl Uolker, 6. Harri Maquayr, 7. Yessi Linqard, 8. Cordan Henderson, 9. Harri Keyn, 10. Rahim Sterlinq, 12. Kiran Trippye, 13. Cek Butland, 14. Denni Uelbek, 18. Eşli Yanq, 20. Dele Alli, 23. Nik Pope.
Baş məşqçi: Qaret Sautqeyt.
Belçika: 1. Tibo Kurtua, 3. Tomas Vermaelen, 8. Maruan Fellaini, 16. Torqan Azar, 17. Yuri Tilemans, 18. Adnan Yanuzay, 19. Mussa Dembele, 20. Dedrik Boyata, 21. Miçi Batşuayi, 22. Nasir Şadli, 23. Linder Dendonker.
Ehtiyat oyunçular: 2. Tobi Alderveyreld, 4. Vensan Kompani, 5. Yan Vertongen, 6. Aleks Vitsel, 7. Kevin De Breyne, 9. Romelu Lukaku, 10. Eden Azar, 11. Yannik Karrasko, 12. Simon Minolye, 13. Koen Kastils, 14. Dris Mertens, 15. Tomas Munye.
Baş məşqçi: Roberto Martines.
Panama - Tunis 1:2
Qol: Y.Meriah, 33 - F.B.Yussuf, 51. V.Xəzri, 66.
Hakimlər: Navaf Şukralla (Bəhreyn).
Saransk. “Mordoviya Arena”.
Panama: 1. Xayme Penedo, 4. Fidel Eskobar, 5. Roman Torres (k), 6. Qabriel Qomes, 8. Edqar Barsenas, 9. Qabriel Torres, 13. Adolfo Maşado, 17. Luis Ovalle, 19. Rikardo Avila, 20. Anibal Qodoy, 21. Xose Luis Rodriqes.
Ehtiyat oyunçular: 3. Harold Kumminqs, 7. Blez Peres, 12. Xose Kalderon, 14. Valentin Pimentel, 15. Erik Deyvis, 16. Abdiel Arroyo, 18. Luis Texada, 22. Aleks Rodriqes, 23. Felipe Baloy.
Baş məşqçi: Ernan Qomes.
Tunis: 16. Aymen Matluti, 4. Yassin Meriah, 5. Ussama Haddadi, 6. Rami Bedui, 8. Fəxrəddin Ben Yussuf, 10. Vahbi Xəzri, 13. Feryani Sassi, 17. Ellyes Skhiri, 20. Qaylen Çaaleli, 21. Hamdi Naqez, 23. Naim Sliti.
Ehtiyat oyunçular: 3. Yohan Ben Aluane, 7. Seyfəddin Xaui, 9. Anise Badri, 12. Əli Maalul, 14. Məhəmməd Ben Amor, 15. Əhməd Xəlil, 18. Bassem Srarfi, 19. Sabir Xəlifə.
Baş məşqçi: Nabil Maalul.
Belçika - 9, İngiltərə - 6, Tunis – 3, Panama – 0.