Rusiya və Xorvatiya penaltilərlə 1/4 finalda

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı davam edir.  1/8 final mərhələsi çərçivəsində daha iki görüş baş tutub.


Öncə mundiala ev sahibliyi edən Rusiya Moskvada İspaniya yığması ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə olunmuş yarım saat ərzində də hesab dəyişməyib. Bu üzdən də qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq oynayan ruslar nə qədər gözlənilməz olsa da, İspaniyanı mundialdan kənarlaşdırıblar.


Günün digər oyununda isə Xorvatiya yığması Danimarka ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də əsas vaxt 1:1 bitib. Əlavə vaxtda xorvatlar önə keçmək üçün əla şans qazansalar da, Luka Modriç penaltidən yararlana bilməyib. Belədə, günün ikinci matçında da qalib penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan xorvatlar 1/4 finala yüksələrək Rusiyaya rəqib olublar.


Xatırladaq ki, Uruqvay və Fransa yığmaları artıq 1/4 finala vəsiqəni təmin edib. Bu iki kollektiv növbəti mərhələdə yarımfinala vəsiqə uğrunda mübarizə aparacaqlar.


DÇ-2018
1/8 final mərhələsi

1 iyul


İspaniya - Rusiya 1:1 (penaltilər 3:4)
Qol: S.İqnaşeviç, 12-avtoqol - A.Dzyuba, 41-pen.
Baş hakim: Byorn Kuypers (Hollandiya).
Moskva. “Lujniki” stadionu.


İspaniya: 1. David De Xea, 3. Jerar Pike, 4. Naço 5. Serxio Buskets, 8. Koke, 15. Serxio Ramos (k), 18. Xordi Alba, 19. Dieqo Kosta, 20. Marko Asensio, 21. David Silva, 22. İsko.
Ehtiyat oyunçular: 2. Dani Karvaxal, 6. Andres İnyesta, 7. Saul, 9. Rodriqo, 10. Tyaqo, 11. Lukas Vaskes, 12. Alvaro Odriozola, 13. Kepa Arrizabalaqa, 14. Sezar Aspilikueta, 16. Naço Monreal, 17. Yaqo Aspas, 23. Pepe Reyna.
Baş məşqçi: Fernando Yerro.
Rusiya: 1. İqor Akinfeyev (k), 2. Mario Fernandes, 3. İlya Kutepov, 4. Sergey İqnaşeviç, 7. Daler Kuzyayev, 11. Roman Zobnin, 13. Fyodr Kudryaşov, 17. Aleksandr Qolovin, 18. Yuri Jirkov, 19. Aleksandr Səmədov, 22. Artyom Dzyuba.
Ehtiyat oyunçular: 5. Andrey Semyonov, 6. Denis Çerışev, 8. Yuri Qazinski, 9. Alan Dzaqoyev, 10. Fyodr Smolov, 12. Andrey Lunyov, 14. Vladimir Qranat, 15. Aleksey Mirançuk, 16. Anton Mirançuk, 20. Vladimir Qabulov, 21. Aleksandr Yeroxin.
Baş məşqçi: Stanislav Çerçesov.


Xorvatiya - Danimarka 1:1 (penaltilər 3:2)
Qol: M.Mandzukiç, 4 - M.Yorgensen, 2.
Matçın 116-cı dəqiqəsində L.Modriç penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Nestor Pitana (Argentina).
Nijni Novqorod. “Nijni Novqorod” stadionu.


Xorvatiya: 23. Daniyel Subaşiç, 2. Şime Vrsalko, 3. İvan Ştriniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 17. Mario Mandzukiç, 18. Ante Rebiç, 21. Domaqoy Vida.
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 12. Lovre Kaliniç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Kaleta-Kar, 19. Milan Badel, 20. Marko Pyaça, 22. Yosip Pivarik.
Baş məşqçi: Zlatko Daliç.
Danimarka: 1. Kasper Şmeyxel, 4. Simon Kyaer (k), 5. Yonas Knudsen, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 10. Kristian Eriksen, 11. Martin Breytveyt, 13. Matias Yorgensen, 14. Henrik Dalsqaard, 20. Yussuf Poulsen, 21. Andreas Kornelius.
Ehtiyat oyunçular: 2. Mikael Kron-Deli, 3. Yannik Vesterqaard, 7. Villiam Kvist, 9. Nikolay Yorgensen, 12. Kasper Dolberq, 15. Viktor Fişer, 16. Yonas Lossl, 17. Yens Larsen, 18. Lukas Lerager, 19. Lasse Şöne, 22. Frederik Ronnou.
Baş məşqçi: Aqe Hareyde.