Balotellinin Yeni Klubu Məlum Oldu

Qana əsilli, italyan ulduz Mario Balotellinin yeni klubu müəyyənləşib.

Olimpsport.az xəbər verir ki, 25 yaşlı futbolçu karyerasını Hollandiyada davam etdirəcək. Futbolçunun meneceri Mino Raiolan onun “Ayaks”a keçəcəyini açıqlayıb. “Balo” 2010-cu ildə 29.5 milyon avro qarşılığında “İnter”dən “Mançester Siti”yə transfer olunmuşdu. Premyer Liqa klubu isə 3 il sonra onu 20 milyon avro qarşılığında “Milan”a satmışdı. 2 il sonra isə futbolu enyi məbləğ qarşılığında “Liverpul”a keçmişdi. Son mövsümü icarə əsasında “Milan”da keçirən Balotelli 23 rəsmi oyunda cəmi 3 qol vurub.