Son 1/4 finalçı İngiltərə oldu
Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı davam edir. Artıq 1/8 final mərhələsinə yekun vurulub
Öncə İsveç və İsveçrə yığmaları üz-üzə gəlib. Avropa təmsilçilərinin duelində şanslar bərabər qiymətləndirilirdi. Sonda sevinən tərəf minimal hesabla üstün olan İsveç yığması olub.
Mərhələnin son matçında isə Kolumbiya və İngiltərə yığmaları qarşılaşıb. Bu dueldə də qalib oyunsonrası penaltilərlə müəyyənləşib. İngiltərə mundiallarda bu seriyada uğursuzluğunu nəhayət, qıraraq qalib gəlib.
DÇ-2018
1/8 final
3 iyul
İsveç - İsveçrə 1:0
Qol: E.Forsberq, 66.
Baş hakim: Damir Skomina (Sloveniya).
Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu.
İsveç: 1. Robin Olsen, 2. Mikael Lustiq, 3. Viktor Lindelof, 4. Andreas Qrankvist (k), 6. Lyudviq Auqustinsson, 8. Albin Ekdal, 9. Markus Berq, 10. Emil Forsberq, 13. Qustav Svensson, 17. Viktor Klaesson, 20. Ola Toyvonen.
Ehtiyat oyunçular: 5. Martin Olsson, 11. Con Qvidetti, 12. Karl-Yohan Yonsson, 14. Filip Helander, 15. Oskar Hilyemark, 16. Emil Kraft, 18. Pontus Yansson, 19. Markus Rohden, 21. Cimmi Durmaz, 22. İsaak Kyese Telin, 23. Kristofer Nordfeldt.
Baş məşqçi: Yanne Andersson.
İsveçrə: 1. Yan Zommer, 5. Manuel Akanyi, 6. Mikael Lanq, 10. Qranit Caka, 11. Valon Behrami (k), 13. Rikardo Rodriqes, 14. Stiven Zuber, 15. Blerim Dzemaili, 19. Yosip Drmiç, 20. Yohan Djuru, 23. Cerdan Şakiri.
Ehtiyat oyunçular: 3. Fransis Mubandje, 4. Niko Elvedi, 7. Bril Embolo, 8. Remo Freuler, 9. Haris Seferoviç, 12. Yvon Mvoqo, 16. Jelson Fernandes, 17. Denis Zakaria, 18. Mario Qavrançiç, 21. Roman Burki.
Baş məşqçi: Vladimir Petkoviç.
Kolumbiya - İngiltərə 1:1 (Penaltilərlə 3:4)
QOLLAR: Y.Mina, 90+3 -.H.Keyn, 57-pen
Baş hakim: Mark Qeyqer (ABŞ).
Moskva. “Spartak” stadionu.
Kolumbiya: 1. David Ospina, 4. Santyaqo Arias, 5. Vilmar Barrios, 6. Karlos Sançes, 9. Radamel Falkao (k), 11. Xuan Kuadrado, 13. Yerri Mina, 16. Cefferson Lerma, 17. Yohan Mojika, 20. Xuan Kintero, 23. Davinson Sançes.
Ehtiyat oyunçular: 2. Kristian Sapata, 3. Oskar Murilyo, 7. Karlos Bakka, 8. Abel Aqilar, 12. Kamilo Varqas, 14. Luis Muriel, 15. Mateus Uribe, 18. Farid Dias, 21. Xose İskerdo, 22. Xose Kuadrado.
Baş məşqçi: Xose Pekerman.
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 5. Con Stounz, 6. Harri Maquayr, 7. Cessi Linqard, 8. Cordan Henderson, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 12. Kiran Trippye, 18. Eşli Yanq, 20. Dele Alli.
Ehtiyat oyunçular: 3. Denni Rouz, 4. Erik Dayer, 11. Ceymi Vardi, 13. Cek Batlend, 14. Denni Uelbek, 15. Qari Keyhill, 16. Fil Cons, 19. Markus Reşford, 21. Ruben Loftus-Çik, 22. Trent Aleksandr-Arnold, 23. Nik Pope.
Baş məşqçi: Qaret Sautqeyt.
Beləliklə, iyulun 6-7-də keçiriləcək 1/4 final cütləri belədi: Rusiya - Xorvatiya, İngiltərə - İsveç, Fransa - Uruqvay, Braziliya - Belçika.