"Neftçi"dən azarkeşlər üçün xoş müjdə

"Neftçi" Avropa Liqasının I təsnifat mərhələsində Macarıstanın "Uypeşt" klubuyla ev oyununu stadiondan izləmək istəyən azarkeşlərin nəqliyyat məsələsini həll edəcək. Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevin verdiyi məlumata görə, klub tərəfindən qarşılaşmanın keçirildiyi "Dalğa Arena"ya avtobuslar təşkil olunacaq.

 

Bu gedişlər matçın startına 3 saat qalmışdan "Koroğlu" metrostansiyası yaxınlığından həyata keçirilməyə başlanılacaq. "Neftçi" tərəfində 7-8 avtobusun ayrılması nəzərdə tutulub. Bu avtobuslar oyunun baş tutacağı iyulun 12-də saat 18:00-dən başlayaraq dalbadal Mərdəkan qəsəbəsindəki stadionuna hərəkət edəcək. 

 

Xatırladaq ki, "Neftçi" - "Uypeşt" qarşılaşması saat 21:00-da başlanacaq.