Klublarımız avrokuboklarda 4-cü əvəzetmədən istifadə edə biləcəklər

2018/2019 mövsümündən etibarən Çempionlar Liqası və Avropa Liqası matçlarının əlavə vaxtlarında 4-cü əvəzetmədən istifadə oluna bilinəcək. Bu barədə rəsmi məlumat yayan UEFA qarşıdakı avrokuboklar mövsümündə yeni qaydalara əsasən, əsas vaxtda əvvəlki kimi 3 dəyişiklik edilə biləcəyini, yalnız əlavə vaxt olacağı təqdridə, 4-cü əvəzetməyə də icazə veriləcəyini açıqlayıb.

 

Əlavə vaxtda 4-cü əvəzetməyə ilk dəfə DÇ-2018-də icazə verilib. Rusiya millisi 1/8 finalda İspaniya ilə matçda 4-cü oyunçu dəyişikliyi edib. 97-ci dəqiqədə Daler Kuzyayevin yerinə Aleksandr Yeroxin meydana daxil olub.

 

Xatırladaq ki, yeni mövsümdə avrokuboklarda Azərbaycanı "Qarabağ" Çempionlar Liqasında, "Qəbələ", "Neftçi" və "Keşlə" Avropa Liqasında təmsil edəcək.