"Neftçi" "Udineze"nin sabiq hücumçusu ilə müqavilə bağladı
"Neftçi” rumıniyalı hücumçu Katalin Tira ilə müqavilə imzalayıb. Olimpsport.az xəbər verir ki, gənc hücumçu növbəti 1 il ərzində paytaxt klubunun formasını geyinəcək.
2009-2010-cü illərdə İtaliyanın "Udineze”, 2010-2013-cü illərdə isə "Latsio” klublarının formasını geyinmiş hücumçu, 2013-cü ildə Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət yığmasına dəvət alıb.
2013/2014-cü illər mövsümünü Hollandiyanın "Den Haaq” klubunda keçirmiş Tira daha sonra vətəninə qayıdıb. 2014-2016-cı illərdə Rumıniyanın "Braşov” və "Konkordia” klublarında çıxış etmiş gənc hücumçunun son klubu Buxarest "Rapid”i olub.