İbrahim Şehiç rəsmən Türkiyə klubunda - FOTO

Bu yay “Qarabağ”la yollarını ayırmağa qərar verən Bosniya və Herseqovina yığmasının qapıçısı İbrahim Şehiçin yeni klubunun adına rəsmən aydınlıq gəlib.


 29 yaşlı qolkiper Türkiyənin “Ərzurumspor” klubuna transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda Şehiçlə 2+1 illik müqavilə imzalandığı bildirilir. 


Qeyd edək ki, yeni mövsümdən Türkiyə Super Liqasında mübarizə aparacaq “Ərzurumspor” Şehiçlə yanaşı, “Osmanlıspor”dan transfer etdiyi 31 yaşlı Özer Hurmacını, Fransanın “Anje” klubundan alınan 27 yaşlı Gilles Krist Sununu, “Vitoriya Setubal”dan gələn 26 yaşlı Əmrah Başsanı da təqdim edib.