Xorvatiya Rusiyadan üzr istədi
Xorvatiya Futbol Federasiyası DÇ-2018-in 1/4 final mərhələsi çərçivəsində keçirilmiş Rusiya ilə oyundan sonra yığma komandanın müdafiəçisi Domaqoy Vidanın sosial şəbəkə hesabından paylaşdığı videoya görə yaranan qalmaqalla əlaqədar qarşı tərəfdən üzr istəyib.
Sözügedən videoda Vida və millinin sabiq üzvü, hazırda bu komandanın texniki heyətində yer alan Oqnyen Vukoyeviç “Slava Ukrayna” ifadəsini işlətməklə qalmaqala səbəb olmuşdular. Çünki hazırda Rusiya ilə Ukrayna arasında siyasi gərginlik mövcuddu. Bu üzdən rusların böyük narazılığını nəzərə alan FİFA araşdırmaya başlamış, sonda Xorvatiya Futbol Federasiyasına şifahi xəbərdarlıq etməklə kifayətlənmişdi.
XFF isə öz növbəsində baş verənlərə görə Rusiya xalqından üzr istəyib, Vukoyeviçi millidəki vəzifəsindən kənarlaşdırıb.