Xorvatiya - İngiltərə matçı Çakıra tapşırıldı

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin son oyununu idarə edəcək hakimlər müəyyənləşib. Sonuncu finalçının adına aydınlıq gətirəcək Xorvatiya – İngiltərə oyunu türkiyəli referi Cüneyt Çakıra həvalə olunub.


Bu oyun üçün bütün təyinatları təqdim edirik:


DÇ-2018
Yarımfinal

11 iyul


22:00. Xorvatiya - İngiltrərə
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongun (hamısı Türkiyə), Byörn Kuypers (Hollandiya).


Xatırladaq ki, yarımfinalın digər oyunu - Fransa – Belçika görüşü də uruqvaylı Andres Kunyaya tapşırılıb.