Ramil Şeydayevdən təşəkkür: "Mənə güvəndiyi üçün xoşbəxt oldum"

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev "Trabzonspor"un baş məşqçisi Ünal Karamana təşəkkür edib.  22 yaşlı hücumçu türkiyəli mütəxəssisə ona komandasının təlim-məşq toplanışında iştirak etməyə imkan yaratdığına görə minnətdarlığını çatdrıb: "Mənə güvəndiyi üçün xoşbəxt oldum. Əlimdən gələni edəcəm".

 

Xatlrladaq ki, Karamandan başqa klubla danışıqlar aparmağa getmək üçün 1 həfətlik icazə alan Şeydayev bu səfəri müsbət nəticələnməyəndən sonra "Trabzonspor"un Sloveniyadakı hazırlıq prosesinə qatılıb.