Tahir Gözəl “Olimpiya”nın prezidenti ilə görüşdü - FOTO

Azərbaycan çempionu “Qarabağ”  UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində səfərdə Sloveniyanın “Olimpiya” klubu ilə ilk oyununu keçirib.  Ağdam klubunun prezidenti Tahir Gözəl də komandanı dəstəkləmək üçün Lyublyanaya yollanıb. O,  “Olimpiya”nın prezidenti Milan Mandariçlə birgə oyunöncəsi rəsmi yeməkdə bir araya gəlib.