AFFA-dan yubiley təbriki

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əməkdaşı, beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədovun 60 yaşı tamam olur. Qurumun baş katibi Elxan Məmmədov AFFA rəhbərliyi adından əlamətdar yubileyi münasibəti ilə M.Məmmədovu təbrik edib, ona cansağlığı və fəaliyyətində uğurlar arzulayıb. 


Yubilyara Azərbaycan milli komandasının futbolkası və xüsusi diplom təqdim olunub.