Asim Xudiyev Avroliqa matçına təyinat aldı

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 19-da Litva Futbol Federasiyasının Vilnüs şəhərindəki stadionunda keçiriləcək “Jalgiris” (Litva) – “Kİ Klaksvik” (Farer adaları) oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.