Fransa DÇ-2018-in qalibi oldu

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı bu gün başa çatıb. DÇ-2018-in həlledici oyununda Fransa və Xorvatiya yığmaları üz-üzə gəlib. Disye Deşamın komandası qalib gələrək 21-ci mundialın qalibi olub. 


Bu, Fransa yığmasının tarixində üçüncü DÇ finalı olub. İki dəfə həlledici oyunlardan məğlub ayrılmış fransızlar yalnız bu ölkədə keçirilən DÇ-1998-də dünya çempionu adını qazanmışdılar. Xorvatiya isə tarixində ilk dəfə finala yüksəlmişdi. 


 

DÇ-2018
Final

15 iyul


Fransa - Xorvatiya 4:2 

Qollar: M.Mandzukiç, 18-öz qapısına, A.Qrizmann, 38-pen, P.Poqba, 59, K.Mbampe, 65 - İ.Perişiç, 28, M.Mandzukiç, 69
Baş hakim: Nestor Pitana (Argentina).
Moskva. “Lujniki” stadionu.


Fransa: 1. Uqo Loris (k), 2. Benjamin Pavar, 4. Rafael Varan, 5. Samuel Umtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Blez Matuidi, 21. Lukas Hernandes.
Ehtiyat oyunçular: 3. Presnel Kimpembe, 8. Tomas Lemar, 11. Usman Dembele, 12. Korentin Tolisso, 15. Stiven Nzonzi, 16. Stiv Mandanda, 17. Adil Rami, 18. Nabil Fekir, 19. Cibril Sidibe, 20. Florian Toven, 22. Benjamin Mendi, 23. Alfonse Areola.
Baş məşqçi: Didye Deşam.
Xorvatiya: 23. Daniel Subaşiç, 2. Şime Vrsalko, 3. İvan Ştriniç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 17. Mario Mandzukiç, 18. Ante Rebiç, 21. Domaqoy Vida.
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 5. Vedran Çorluka, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 12. Lovre Kaliniç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Çaleta-Çar, 19. Milan Badel, 20. Marko Pyaça, 22. Yosip Pivariç.
Baş məşqçi: Zlatko Daliç.