Mundialın bombardiri bilindi
DÇ-2018-in bombardiri müəyyənləşib. İngiltərə millisinin kapitanı Harri Keyn olub.
Yığmanın hücumçusu başa çatan mundialda 6 matçda 3-ü penaltidən olmaqla 6 qol vurub. Bununla da "Tottenhem"in hücumçusu "Qızıl buts"a layiq görülüb.
Bombardirlər yarışında 2-6-cı pillələri hərəyə 4 qolla Denis Çerışev (Rusiya), Kilian Mbappe (Fransa), Romelu Lukaku (Belçika), Kriştiano Ronaldo (Portuqaliya) və Antuan Qrizmann (Fransa) bölüşdürüb.