"Neftçi" Milli Mətbuat Gününə həsr olunmuş viktorina təşkil edəcək

“Neftçi” klubu iyulun 22-si Milli Mətbuat Günündə jurnalistlər arasında viktorina təşkil edəcək. Yarış ötən il olduğu kimi, bu dəfə də Offside Pub-da (İzmir prospekti, 5) keçiriləcək.

 

Viktorinada maksimum 4 nəfərdən ibarət 12 komanda iştirak edə bilər. Qeydiyyatdan keçmək istəyənlər sifariş vərəqələrini [email protected] e-mail ünvanına göndərməlidir. (Mövzu: VİKTORİNA).

 

Sifariş vərəqəsində yer almalıdır:

1) Komandanın adı

2) Komandanın heyəti (kapitan göstərilməlidir)

3) Komanda üzvlərinin iş vəsiqəsinin surəti

 

Qeydiyyat iyulun 21-i səhər saat 11:00-da başa çatacaq.

 

İlk 3 yeri tutan komandalar “Neftçi” klubu tərəfindən mükafatalandıracaq.