“Milan”a qoyulan avrokubok cəzası ləğv olundu
İtaliyanın “Milan” klubu Avropa Liqasında çıxış edə biləcək. Beynəlxalq İdman Arbitraj Məhkəməsi UEFA-nın “Milan”a verdiyi cəzanı ləğv edib.
“Milan” yeni mövsümdə Avropa Liqasında iştirak edə biləcək. Bu barədə qurumun rəsmi saytı məlumat verib.
Milan komandası maliyyə feyr-pleyi qaydalarını pozduğuna görə, avrokuboklardan 2 illik uzaqlaşdırılmışdı. “Milan” bu qərarla razılaşmamışdı və Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət etmişdi. “Milan” müraciətində Avropa Liqasında iştirak cəzasının ləğvini istəmişdi.