Olimpsport.az qaliblər sırasında - FOTOLAR

22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar bu gün AFFA-nın təşkilatçılığı ilə idman mediasının nümayəndələri üçün tədbir təşkil olunub.  Bakı Olimpiya Stadionunda KİV nümayəndələrinin və AFFA əməkdaşlarının iştirakı ilə mini-turnir keçirilib. 4 komandanın mübarizə apardığı turnir yarımfinal qarşılaşmalarından və final oyunundan ibarət olub.

 

“Media futbol festivalı” adlı tədbirin proqramında futbol yarışmasında saytımızın əməkdaşı Fərəc Aslanov  iştirak edib. Onun heyətində yer aldığı komanda yarışmanın qalibi olub. O, həlledici matçda AFFA-nın baş katibi Elxan Məmmədovun heyətində yer aldığı komandaya 2:0 hesablyla qaib gəlməklə buna nail olub.

 

Qaliblər Azərbaycan milli komandasının qırmızı rəngli yeni "Nike" forması ilə mükafatlandırılıb. Özü də çempionlara AFFA-nın bu hədiyyələrini Məmmədovun təşəbbüsüylə finalçı komandanın üzvləri təqdim edib.

 

Qeyd edək ki, tədbir şam yeməyi ilə yekunlaşıb.