Armandu Kunqu: "Açıq futbol oynasaydıq, "Qarabağ" bizi mütləq cəzalandıracaqdı"
"Bizim üçün yaxşı oyun oldu. Ümumilikdə komandamdan razı qaldım. Rəqibin gücünə bələd idik. Açıq futbol oynasaqdıq, "Qarabağ" bizi mütləq cəzalandırılacaqdı. Ona görə istəmirdik ki, bu komanda bizi səhvimizdə yaxalasın”.Bu fikirləri “Kukesi”nin baş məşqçisi Armandu Kunqu Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundan sonra bildirib.
Albaniyada qolsuz bərabərliklə nəticələnən görüşü şərh edən mütəxəssis 2-3 əks-hücumda yaxşı qol imkanlarının olduğunu söyləyib: "Bu sxemə üstünlük verirdik, çünki bilirdik ki, "Qarabağ" necə oynaya bilər. Əminəm ki, başqa cür oynasaydıq, 1 qoldan da artıq buraxa bilərdik. Buna görə diqqətli olmalıydıq".
Kunqu avqustun 1-də Bakıda keçiriləcək cavab qarşılaşmasında şanslara da toxunub: "Növbəti mərhələ şanslarımız haqda danışmaq çox çətindi. Hələ məlum deyil. Bakıya öz oyunumuzu göstərməyə yollanacağıq".