"Qarabağ" xal qazandırdı, Azərbaycanın mövqeyi dəyişməz qaldı

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Bu turnirdə keçirilən son 5 matçdan sonra Azərbaycanın mövqeyi dəyişməz qalıb.

 

Belə ki, Albaniyada “Kukesi” ilə qolsuz heç-heçə edən “Qarabağ” reytinqimizə 0.125 xal qazandırıb. Bununla da xal ehtiyatı 17.875-a çatan Azərbaycan 22-ci pillədə qərarlaşıb. Ölkəmizin ən yaxın izləyicisi 18.125 xalla Polşadı.